AMB depozit hərracında 150 mln. manat cəlb edib

12:05 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 150 mln. manat cəlb edib.

“19.10.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 611,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir”, - deyə AMB-dan xəbər verildi.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər