İşğaldan azad olunan Suqovuşan su anbarından 4 rayona su veriləcək – Yeni layihə

12:08 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Suqovuşan kəndinin işğaldan azad olunması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi yeni layihə hazırlığına başlanmasına səbəb olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən ABC.AZ-a verilən məlumata görə, kollektor və suvarma kanallarında prioritet layihə olaraq Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə tender elanı verilib.

Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

 

Bütün xəbərlər