Gürcüstanın ixracında ikinci tərəfdaş ölkə Azərbaycandır

12:15 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 327,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 9,3% azalıb.

Doqquz ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çindən sonra II yeri tutub.

 

Bütün xəbərlər