Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini həll etmək istəməyiblər – Mustafa Şentop

12:27 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

ABC.AZ xəbər verir ki, Türkiyə parlamentinin sədri M.Şentop artıq Prezident İlham Əliyevlə görüşüb.

Görüşdən əvvəl isə qonaq jurnalistlərlə görüşüb.

M.Şentop jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 30 il ərzində bu münaqişəni həll etmək istəmədiyi üçün məsələ həll olunmayıb: “Həmsədrlər tərəf tuturlar. Biz demirik ki, həll etməyə çalışıblar, amma həll edə bilməyiblər. Onlar bunu həll etmək istəməyiblər. Ermənistanın tərəfini tutublar, Ermənistanı silahla təmin ediblər”.

 

Bütün xəbərlər