Gürcüstanda yoluxma sayı 19 minə yaxınlaşır – Ölkədə vəziyyət pisləşir

14:30 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında artım davam edir.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 1.186 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 278 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 18.663 nəfərə çatıb. Onlardan 8.338 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 143 nəfər sözügedən virusdan həyatını itirib.

 

Bütün xəbərlər