Araq istehsalı artıb, şərab isə azalıb – Hesabat

14:38 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayı (yanvar-sentyabr) ərzində ölkədə istehsal olunan arağın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycanda araq istehsalı 1 625,4 min dekalitr təşkil edib.

Bu isə 2019-cu ilin müvafiq ayına nisbətən 21% artım deməkdir. Araqla yanaşı istehsal olunan üzüm şərabının həcmi də bəlli olub. Belə ki, ilin ilk doqquz ayında ölkədə 191 min dekalitr üzüm şərabı istehsal edilib. Bu da ötən ilin müvafiq ayına nisbətdə 57,2% azalma deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər