Doqquz ayda ən çox istifadə olunan nəqliyyat növləri – Siyahı

15:07 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bu ilin 9 (yanvar-sentyabr) ayında nəqliyyat sektorunda daşımalarda ən böyük xüsusi çəkisi yenə də avtomobil nəqliyyatı olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu nəqliyyatla 859,9 milyon sərnişin daşınıb.

Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz azalma deməkdir.

Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 29,2 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər