İctimai iaşənin dövriyyəsi bu qədər azalıb – Hesabat

15:22 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında ölkədə ictimai iaşә dövriyyәsi ötәn ilin eyni dövrünə nisbətdə 2 dәfә azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nәticәdә ictimai iaşә xidmәtlәrinin hәcmi ötәn ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 2,1 dәfә azalaraq 529 milyon manat olub.

Özәl sektorda ictimai iaşә dövriyyәsinin 46,3 faizi hüquqi şәxslәrin, 53,7 faizi isә bu sahәdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin payına düşür.

Hüquqi şәxslәr üzrә dövriyyә 2019-cu ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 1,9 dәfә azalaraq 242,9 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər