Erməni təxribatının fəsadları – 61 dinc sakin ölüb

15:42 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 1846 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 

Bütün xəbərlər