Heydər Əliyev adına Neft Emalı Zavodunda təmir işləri nə vaxt bitəcək? - Açıqlama

15:56 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Pandemiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün layihələrin qrafikinə müəyyən qədər təsir göstərib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri ilə bağlı açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, həm yoluxma riskini azaltmaq məqsədi ilə işçilərin iş növbələrinin seyrəldilməsi, həm də ölkələr arasındakı karantin məhdudiyyətlərinə görə xarici mütəxəssislərin gediş-gəlişinin, mal-materialların nəqlinin çətinləşməsi bunun əsas səbəbləridir: “Lakin qrafikdə əsas dəyişikliklər hələ ötən illərdə baş vermişdi. Bildiyiniz kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunun dayandırılması zamanı aparılan araşdırma hələ bir müddət əvvəl göstərdi ki, zavodun daha çox qurğuları tam yeniləri ilə əvəzlənməlidir, bu da layihənin tam bitməsi tarixini 2025-ci ilə qədər uzatmış oldu. Bu haqda ictimaiyyətə müvafiq açıqlama və izahlar da verilib”.

 

Bütün xəbərlər