Onlar fikirləşirdilər ki, mülki əhalini hədəfə almaqla xalqımızın iradəsini sındıracaqlar – Hikmət Hacıyev

16:20 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanın yüksək vəzifəlilər ölkəmizdəki diplomatik korpus nümayəndələri üçün görüş keçirib.

ABC.AZ-ın məlumatına görə, görüşdə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasına baxmayaraq, ondan 1 gün sonra Ermənistan münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutdu.

O bildirib ki, Gəncədə heç bir hərbi hədəf yox idi, sadəcə Ermənistan mülki əhalini atəşə tutur: “Ermənistan cəngəllik qanunları ilə idarə olunur. Gəncədə baş verənlər yaşamaq hüququnun Ermənistan tərəfindən açıq pozuntusu idi. Onlar fikirləşirdilər ki, mülki əhalini hədəfə almaqla Azərbaycan xalqının iradəsini sındıra biləcəklər". 

 

Bütün xəbərlər