330x100
 

Azərbaycan humanitar atəşkəsə əməl etsə də, təxribatlara cavab vermək məcburiyyətindədir – Prezidenton köməkçisi

19.10.2020,16:25


19 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Azərbaycan humanitar atəşkəsə razılıq verib, amma bundan dərhal sonra Ermənistan öz silahlı qüvvələrini yenidən bərpa etməyə və döyüş zonasına gətirməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizdəki diplomatik korpus nümayəndələri üçün keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, Prezidentin bildirdiyi kimi, Azərbaycan Ermənistan xalqına qarşı müharibə aparmır.

"Azərbaycan Ermənistanın heç bir mülki əhalisini hədəfə almayıb. Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənib. Ermənistan tərəfi özünə qarşı mövcudluq təhdidindən danışır. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətindədir. Hücum olarsa, biz mülki əhalini qorumaq məsuliyyəti daşıyırıq. Beynəlxalq hüquq mülki hədəfləri və hərbi hədəfləri ayırmaq tələbi irəli sürür. Haaqa Konstitusiyası müdafiə olunmayan şəhər, kənd və qəsəbələrinin hədəfə alınmasını qəti şəkildə qadağan edir” deyə H. Hacıyev vurğulayıb.