Ermənilər Ordumuzun Cəbrayılda işğaldan azad etdiyi ərazilərinə yenidən hücum ediblər – General

16:47 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda diplomatik korpus üçün brifin keçirilib.

Brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Ermənistan silahlı qüvvələri müvəqqəti humanitar atəşkəs rejimindən sui-istifadə edib, 18 oktyabr saat 00:00-dan bir neçə dəqiqə keçmiş Cəbrayıl və Hadrut istiqamətində mövqelərimizə hücum etdiklərini vurğulayıb.

General qeyd edib ki, Ermənistan ordusu eynilə Füzuli, Ağdərə istiqamətlərində də hücuma keçdilər: "Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular. Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir. Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır".

 

Bütün xəbərlər