Reallıq göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox – Hikmət Hacıyev

17:05 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə deyib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bəzi məsələlərə toxunaraq qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü.

Onun sözlərinə görə, bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi: “Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır".

 

Bütün xəbərlər