Ermənistanın bu qədər hərbi texnikası məhv edilib – Siyahı

17:16 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Ordusu bu günədək Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib.

ABC.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib: “Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”.

 

Bütün xəbərlər