330x100
 

Hərbi hücumlar başlayandan yaşayış məntəqələrimizə 24000-ə yaxın mərmi atılıb - Hacıyev

19.10.2020,17:22


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

"Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək.

Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub.

Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb” - deyə H. Hacıyev qeyd edib.