Ermənilər tərəfindən vuruşan muzdlular döyüşdən imtina edir – Fərarilik başlayıb

10:28 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin müxtəlif istiqamətlərindəki vəziyyətlə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var.

Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

 

Bütün xəbərlər