330x100
 

"Meqa Sığorta”-nın səhmdarları toplaşacaq – Səbəb bilinmir

20.10.2020,10:34


20 oktyabr, Fineko/abc.az. “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, yığıncaq noyabrın 19-u saat 10:00-da  baş tutnalıdır.

İclas Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 19A ünvanında olacaq. Hələlik iclasın gündəliyi açıqlanmayıb.

Müəllif: Elmir Murad