Honda şirkəti benzinlə işləyən avtomobil istehsalını dayandırır

10:47 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. “Honda” şirkəti Avropada benzinlə işləyən avtomobillərin istehsalını əvvəlcədən planlaşdırıldığı kimi 2025-ci ildə deyil, 2022-ci ilin sonuna qədər bitirmək niyyətindədir.

ABC.AZ-ın məlumatına görə, bundan əlavə, Yaponiya şirkəti 2022-ci ilədək Avropada dizel yanacaqlı avtomobillərin istehsalını da dayandıracaq.

Böyük Britaniyada isə artıq avtosalonlar yaxın həftələrdə bu tip son modelləri satacaqlar. Şirkətdən qeyd olunub ki, bundan sonra hibrid və elektrikli avtomobillərin istehsalına üstünlük veriləcək. “Honda” hazırda Avropada məşhur CR-V və “Jazz” hibridlərini, həmçinin “Honda e” elektromobilini istehsal edir.

 

 

Bütün xəbərlər