Bu layihələr 260 min hektar torpaq sahəsinin suvarılmasına imkan yaradacaq – Nazir

11:11 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika naziri Pərviz Şahbazov  "Xudafərin" və “Qız Qalası” hidroqovşağları barədə bir sıra maraqlı şərh verib.

ABC.AZ-ın məlumatlna görə, nazir 1,6 mlrd. kubmetrdən çox sututumuna malik bu hidroqovşaqların və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyaların Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaratdığını qeyd edib.

O qeyd edib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir: "Bu layihələrin reallaşması Azərbaycana illik 368 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi”.

P.Şahbazov onu da qeyd edib ki, Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə də işlər davam etdirilir.

 

Bütün xəbərlər