DSX-ya BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edildi – Səbəb

11:38 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

ABC.AZ xəbər verir ki, bu xoş hadisəyə Müdafiə Sənayesi Nazirliyi də biganə qalmayıb. Belə ki, nazirlik DSX-ya təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.

 

Bütün xəbərlər