Gürcüstanda COVID 19-a yoluxanların sayı 1200-ə yaxınlaşır – Günün statistikası

11:47 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında artım dayanmaq bilmir.

ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində ölkə üzrə 1.194 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 328 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 19,857 nəfərə çatıb. Onlardan 8,666 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 158 nəfər sözügedən virusdan həyatını itirib.

 

Bütün xəbərlər