330x100
 

Bu layihələr hesabına yeni iş yerləri yaradılacaq – Energetika naziri

20.10.2020,12:10


20 oktyabr, Fineko/abc.az. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir.

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır.

Nazir əlavə edib ki, bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı, 300 mln. kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.