330x100
 

Daha bir sığorta şirkətinin səhmdarları toplaşacaq

20.10.2020,12:22


20 oktyabr, Fineko/abc.az. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, noyabrın 18-i saat 10:00-da baş tutacaq yığıncaq şirkətin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanında (“Nobel Plaza”, 4-cü mərtəbə) yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının əsasnamələrinin təsdiq edilməsi və cari məsələlər daxildir.