“Təhsil haqqında” qanun layihəsinə dəyişiklik olundu – Detallar

14:22 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin iclası baş tutub.

ABC.AZ-ın məlumatına görə, iclasda “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

 

Bütün xəbərlər