Xalqımız hər gün məndən kəndlərin işğaldan azad edilməsi haqda xəbərlər gözləyir – İlham Əliyev

15:02 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, biz öz torpağımızda vuruşuruq. İ. Əliyev vurğulayıb ki, işğalçıları bundan sonra da qovacağıq. "Azərbaycan xalqı hər gün məndən kəndlərin işğaldan azad edilməsi haqda xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri xalqıma çatdırıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar həmişə bizim qəlbimizdə yaşayacaq. Yaralılarımıza Allah şəfa versin” - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər