Hər bir azərbaycanlı doğma dədə-baba torpaqlarına qayıtmağı arzulayırdı – Prezident

15:57 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev xalqa müraciət edərək bəzi ərazilərin işğaldan azad olunduğunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın deyib.

O qeyd edib ki, biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb: "Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar".

 

Bütün xəbərlər