330x100
 

Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcək – İlham Əliyev

20.10.2020,16:08


20 oktyabr, Fineko/abc.az. Mənfur düşmən işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıdıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciət edərkən vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcək:

"Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.