Bütün verilmiş vədlərə sadiqəm – İlham Əliyev

16:15 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciət edərkən vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər: "Ancaq eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

 

Bütün xəbərlər