Bu Bankın xalis mənfəəti 1 milyon 516 min manat azalıb – Hesabat

16:39 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ilin 9 ayının hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bank sözügedən dövrü 5 milyon 130 min  manat xalis mənfəətlə başa vursa da, bu ötən ili analoji dövrünə nisbətdə azdır.

Belə ki, bank ötən ilin 9 ayını 6 milyon 646 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1 milyon 516 min manat və ya 22,8% azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər