330x100
 

Doqquz ayda bu qədər polietilen və polipropilen ixrac olunub – Hesabat

20.10.2020,16:45


20 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycandan 90,7 min ton polietilen ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 59 milyon ABŞ dolları təşkil edib.

Polipropilen ixracına gəlincə isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 65,6 min ton polipropilen ixrac edilib.

Hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 53 milyon ABŞ dolları olub.