330x100
 

Tədavülə yeni pullar buraxıldı – Foto

20.10.2020,17:11


20 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanları buraxılır.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Pul nişanları 1 yanvar 2021-ci il tarixdən tədavülə buraxılacaq. Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.