Mehriban Əliyeva xalqı təbrik etdi

17:19 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

ABC.AZ-ın məlumatına görə, Mehriban Əliyeva bu barədə instaqramda paylaşım edib.

Birinci vitse-prezident paylaşımında qeyd edib ki, Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

"Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

 

Bütün xəbərlər