330x100
 

Bizim işimiz haqq işidir – İlham Əliyev

20.10.2020,17:24


20 oktyabr, Fineko/abc.az. Döyüş meydanındakı üstünlüyümüz artıq heç kimə sirr deyil.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, biz haqq yolundayıq.

"Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər” - deyə İ. Əliyev qeyd edib.