BFB AMB-ın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirib

17:35 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notları tam yerləşdirib.

Bakı Fond Birjasının xəbərində bildirilir ki, fevralın 7-də  AMB 50100667S dövlət qeydiyyat nömrəli notlar satıb. Notlar 150 milyon manat həcmində 28 gün tədavül müddətinə təklif edilmişdir.

17 investordan 414 021,5 min manat məbləğində notların alışı üzrə 23 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,2278 manat (illik gəlirlilik 10,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti  ortaçəkili qiymətə bərabər olmuş və 99,2278 AZN (gəlirlilik 10,01%) səviyyəsində müəyyən edilmişdir.

Hərrac nəticəsində 150  milyon manat həcmində qısamüddətli notlar  yerləşdirlmişdir.

 

Bütün xəbərlər