İqtisadiyyatın hər bir sahəsində biz ermənilərdən üstünük – Elman Rüstəmov

11:10 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur.

ABC.AZ-ın AzTV-də verilişin qonağı olarkən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur: “Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin 1/5 kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər