Yanvar ayında Azərbaycana gələn turistlərin sayı 17% artıb

07.02.2018,17:44


7 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycana 185 mindən çox xarici vətəndaş gəlmişdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar ayında turist artımı 17% təşkil etmişdir.

“Ölkəyə gələn vətəndaşların əksəriyyəti Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran (13 437), həmçinin BƏƏ (8 265) vətəndaşları təşkil edir ki, bu da ölkəyə gələn bütün xarici vətəndaşların 82%-ni təşkil etmişdir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, xarici qonaqların 130 118 nəfəri və ya 69,9%-i kişilər,  55 795 nəfəri və ya 30,1%-i qadınlardır.

 

Açar sözlər: Turizm Turist