330x100
 

SOCAR Gürcüstanda minlərlə iş yeri açıb – SOCAR prezidenti

21.10.2020,11:58


21 oktyabr, Fineko/abc.az. SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayb və indiyə qədər minlərlə yeni iş yeri yaradıb.

ABC.AZ xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, hazırda şirkətin Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

"Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələr də həyata keçirir" deyə R. Abdullayev qeyd edib.