Bu uşaqlara hər ay 300 manat veriləcək – Əli Əhmədov açıqladı

12:27 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək.

ABC.AZ xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib.

"Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək" deyə Ə. Əhmədov vurğulayıb.

 

Bütün xəbərlər