330x100
 

Səkkiz minə yaxın işsiz şəxs bu proqrama cəlb olunub

21.10.2020,15:49


21 oktyabr, Fineko/abc.az. Bu ilin əvvəlindən indiyədək ölkədə 8 minə yaxın işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, indiyədək proqrama cəlb olunan 8 min nəfər arasından 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

Ümumilikdə 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin  kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

Müəllif: Elmir Murad