Büdcə xərclərinin 38,5%-i sosialyönümlü olub – Hesabat

15:56 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Yanvar-sentyabrda dövlət büdcəsinin xərcləri proqnozu üstələyib.

ABC.AZ Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə dövlət büdcəsinin xərcləri 98,6% və yaxud 18 642,2 milyon manat icra edilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 1 951,6 milyon manat və yaxud 11,7% çoxdur.

9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları qəbul edilmiş öhdəlikləri tam və vaxtında maliyyələşdirib. İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 38,5%-i və yaxud 7 171,7 milyon manatı sosialyönümlü xərclər  olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% və yaxud 1 283 milyon manat çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər