330x100
 

Büdcədə 677,6 milyon manatlıq kəsir yaranıb – 9 ayın hesabatı

21.10.2020,16:22


21 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Maliyyə Nazirliyi yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri barədə operativ məlumat yayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə büdcə xərclərinin 12 188 milyon manatı və yaxud 65,4%-i cari xərclər, 4 927,6 milyon manatı və yaxud 26,4%-i əsaslı xərclər, 1 526,6 milyon manatı və yaxud 8,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub. 2020-ci ilin iyul-sentyabr ayları üzrə büdcənin məxaric proqnozu isə 6 911,4 mlilyon manat icra olunub.

Yanvar-sentyabrda dövlət büdcəsinin kəsiri isə 677,6 milyon manat təşkil edib. Bu da 1 156,6 milyon manatlıq proqnozdan 479 milyon manat və yaxud 41,4% azdır.