330x100
 

İstehsalı azalan tikinti malları – Siyahı

21.10.2020,16:46


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2020-ci ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı 25,9 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istibadən xəbər verir ki, buna baxmayaraq sözügedən dövrdə istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalan tikinti məhsulları da var.

Belə ki, sementin istehsalı 0,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,5 faiz, tikinti əhənginin istehsalı 30,6 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,1 faiz, asfaltın istehsalı 48,5 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları və kərpiclərin istehsalı bəhs olunan dövrdə 44,5 faiz azalıb.

Müəllif: Elmir Murad