330x100
 

Doqquz ayda Azərbaycan 2722 çeşiddə məhsul ixrac edib – Hesabat

21.10.2020,16:51


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən məhsulların çeşid sayı açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 2722 çeşiddə məhsul ixrac edilib.

Qeyd edək ki, 9 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 10 milyard 579,8 milyon ABŞ dolları olub.