330x100
 

Bağlanmış bankların əmanətçilərinə ödəmələr davam edir – 545 milyon manat verildi

21.10.2020,17:00


21 oktyabr, Fineko/abc.az. Oktyabrın 20-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 276 əmanətçiyə 545 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 20-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 195,31 milyon manatdan çox kompensasiya ödənilib.

“AG Bank” üzrə 4294 əmanətçiyə 80,81 milyon manat, “NBC Bank” üzrə isə 4008 əmanətçiyə 114,50 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 20-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 349,77 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5638 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,56 milyon manat, “Ata Bank” üzrə 9336 əmanətçiyə isə 216,20 milyon manat təşkil edib.