Qida Təhlükəsizliyi Agentliyinin aparatının strukturu təsdiq olundu

08.02.2018,11:25


8 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin formalaşması davam edir.

Agentlikdən aldığımız məlumatda deyilir ki, Qida Təhlükəsizliyi Agentliyinin aparatının strukturu təsdiq olunub.

“Yaxın zamanda Agentliyin regional bölmələrinin strukturu, həmçinin,  Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunacaq. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir”, - məlumatda belə deyilir.