330x100
 

Bu obyektlər cərimələndi – Siyahı

21.10.2020,17:22


21 oktyabr, Fineko/abc.az. Oktyabrın 20-də İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində  monitorinqlər keçirilib.

ABC.AZ xəbər verir ki, zəururi qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görülüb.

Monitorinq zamanı Nərimanov rayonunda “Lux brand butik” pərakəndə ticarət obyektində, Xalid Həsənova, Rəşadət Qarayevə məxsus tikinti materialları mağazalarında, Xəzər rayonunda “Dalğa inşaat” mağazasında, Xətai rayonunda “Al market”də, “İran nemətləri” mağazasında, “Oba market”də, Nəsimi rayonunda “Neptun market”də, “Spar market”də, “Şeyla market”də, Yasamal rayonunda “Meyxoş şərab evi”ndə, Tural Vəliyevə məxsus “Ordubad quru meyvələri mağazası”nda, Binəqədi rayonunda “Padişah un məmulatları” pərakəndə ticarət obyektində, Telman Məmmədova məxsus şirniyyat mağazasında, Qaradağ rayonunda Rahib Əliyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Winnies Flowers” ticarət obyektində, Suraxanı rayonunda Taleh Kərimova, Arzuman Hüseynliyə məxsus mağazalarda, Sabunçu rayonunda “Mağaza ŞM”də, Balaş İbrahimova, Əlikram Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda "Cəliloğlu" MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında qayda pozuntusu aşkarlanıb və obyektlərə qarşı protokollar tərtib olunub.