330x100
 

DİN yenə xəbərdarlqı etdi – Ən ciddi tədbirlər görüləcək

21.10.2020,17:30


21 oktyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti daha bir xəbərdarlıq yayıb.

ABC.AZ-ın məlumatına görə, xəbərdarlıqda vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlərin operativ şəkildə araşdırıldığı və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüldüyü qeyd olunub.

"Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək” deyə məlumatda qeyd olunub.