Neft ucuzlaşmaqda davam edir, Brent bir barelə $41,53-dir

10:07 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Cümə axşamı neftin etalon markalarının qiymətləri ABŞ Energetika Nazirliyinin ölkədəki benzin ehtiyatlarının artımı ilə bağlı məlumatları əsasında düşdükdən sonra azalmağa davam edir.

Saat 9:32-də London ICE Futures birjasında Brent markalı neftin dekabr ayı üçün fyuçersi $0,20 (0,48%) – barrel başına $41,53-ə qədər ucuzlaşıb. Oktyabrın 21-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in dekabr ayı üçün fyuçersinin qiyməti $1,43 (3,31%) - barrel başına $41,73-ə düşüb.

Saat 9:32-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayı üçün fyuçersinin qiyməti 0,23 (0,57%) - barrel başına $39,80-ə qədər azalıb. 21 oktyabr ticarət nəticələrinə görə, dekabr fyuçersləri $1,67 (4%) – $40,03-a qədər düşdü.

ABŞ Energetika Nazirliyi ötən həftə ölkədə benzin ehtiyatlarının 1,9 milyon barel artdığını bildirdi.

ABŞ-ın Neft İnstitutu (API) çərşənbə axşamı bildirib ki, ABŞ-da benzin ehtiyatları 1,6 milyon barel azalıb.

 

Bütün xəbərlər