Erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb – Cəbhədən xəbər

10:17 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi oktyabrın 21-i gün ərzində və 22-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərindəki döyüş əməliyyatları barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var.

Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

 

Bütün xəbərlər